ELM VƏ TƏHSİL


Bakı məktəblərində birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 2017-2018-ci tədris ili üçün birinci sinfə şagird qəbulunun üçüncü mərhələsinə start verilib.

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında sentyabrın 16-dan oktyabrın 15-dək aparılır.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq. Valideynlər uşağı elektron qeydiyyatdan keçirdikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Qeyd edək ki, paytaxtın ümumtəhsil məktəblərində 2017-2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulu bu il martın 15-dən başlayıb. Bu vaxtadək proses artıq iki mərhələdə həyata keçirilib. Dərslər başlasa da, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların birinci sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.

Sentyabrın 18-nə olan məlumata əsasən, BŞTİ-nin nəzdindəki ümumtəhsil müəssisələrinin birinci sinfində 46951 şagird təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.