ELM VƏ TƏHSİL


Bakı məktəblərində keçirilən öyrədici seminarlar ilin sonunadək davam etdiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində öyrədici seminarlar keçirilir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarların əsas məqsədi müəllimlərə dərsliklərinin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin və problemlərin həlli yollarını tapmaqdan ibarətdir.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarlar çərçivəsində müəllimlər ilə dərslik müəllifləri arasında görüşlər də təşkil olunur.

Bakının 12 inzibati rayonu üzrə keçirilən seminarlarda dərslik müəllifləri fənn kurikulumunun məzmun xətləri və alt standartları barədə müəllimləri məlumatlandırıb, şagirdlərdə oxu və dinləyib-anlama bacarıqlarının, yazı vərdişlərinin, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılması yolları barədə pedaqoji heyətə tövsiyələr veriblər. Həmçinin müəlliflər mətn üzərində iş, oxu savadlılığı, mətn əsasında açıq və qapalı sualların hazırlanması, dərslikdə verilən mətnlər arasında əlaqənin düzgün qurulması, şifahi nitq bacarıqlarının formalaşdırılması və digər məsələlər haqqında da ətraflı məlumat verib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində keçirilən öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.