ELM VƏ TƏHSİL


Bakı məktəblərinin məzunları qızıl və gümüş nişana layiq görülüb

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 34, 44, 53, 72, 108, 111, 125, 128, 129, 149, 187, 236, 249, 89 (2 nəfər) nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-lisey, 147 nömrəli Texniki-humanitar lisey, 291 nömrəli “Ekologiya” liseyi, 2 nömrəli Texniki-humanitar lisey (2 nəfər), 287 nömrəli “Zəkalar” liseyinin (2 nəfər) şagirdləri qızıl, 27, 44, 72, 128, 149, 175, 196, 214, 260, 281, 313, 18 (2 nəfər), 309 (2 nəfər) nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.