ELM VƏ TƏHSİL


Bakı məktəbliləri beynəlxalq turnirin qalibi olublar

Bakı, 13 iyul, AZƏRTAC

Bakıda Xəzər və Qara dəniz ölkələri arasında keçirilən karate üzrə beynəlxalq turnirdə paytaxt məktəbliləri yüksək nəticələr əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 328 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sevinc Salayeva və IV sinif şagirdi Arif Salayev turnirdə uğurla mübarizə aparıblar. Beynəlxalq yarışın nəticələrə görə, S.Salayeva birinci, A.Salayev isə ikinci yerə layiq görülüb.

Qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, bu, məktəblilərin ilk uğuru deyil. Onlar mütəmadi olaraq ölkə və beynəlxalq səviyyəli yarışlarda parlaq nəticələr əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.