ELM VƏ TƏHSİL


Bakı məktəblisi dünya çempionatında uğurla çıxış edib

Bakı, 3 oktyabr, AZƏRTAC

Paytaxt məktəblisi Rusiyada keçirilən universal döyüş üzrə dünya çempionatında ikinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehman Səfərov 95 kiloqram çəki dərəcəsində uğurla çıxış edib.

Çempionatın nəticələrinə əsasən M.Səfərov diplom və medallarla təltif olunub.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. O, bir sıra ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.