ELM VƏ TƏHSİL


Bakı məktəblisinin layihəsi birinci yerə layiq görülüb

Bakı, 18 fevral, AZƏRTAC

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Biologiya” nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyasında 3-cü yeri tutublar.

İ.Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə”, N.Ömərli və M.Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” layihəsinə görə təltif olunublar.

Layihələr Radiasiya Problemləri İnstitutunun əməkdaşları - biologiya üzrə elmlər doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.