İQTİSADİYYAT


Bakı metropoliteni Yeni il münasibətilə uşaqları sevindirib

Bakı, 29 dekabr, AZƏRTAC

Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sərnişinlərə xüsusi layihələr təqdim edib. Dekabrın 29-da Bakı Metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, bu dəfə də retro vaqonu xəttə buraxılıb.

AZƏRTAC xəbər verir ki, Bakı metrosunun “İçərişəhər” stansiyasına yan alan və Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonunun qoşulduğu qatarda əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gəlmişdi.

Uşaqlar yeni il qəhrəmanlarını böyük sevinc hissi ilə qarşılayıblar. Şaxta baba uşaqları və valideynləri, eləcə də digər sərnişinləri bayram münasibətilə təbrik edərək, onlara xoş arzu və diləklərini çatdırıb.

Qeyd edək ki, sərnişinlərin orta və yaşlı nəslinin nümayəndələri retro vaqonu xətdə görəndə sözün əsl mənasında nostalji hisslər keçiriblər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş vaqona uşaqlar da biganə qalmayıblar.

Valideynləri ilə birgə “İçərişəhər” stansiyasından yola düşən uşaqlara Şaxta baba və Qar qız yolboyu şeirlər və tapmacalar deyir, Yeni illə bağlı mahnılar oxuyurdular. Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr də paylayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.