İQTİSADİYYAT
Bakı metrosunda “BakıKart” istifadəçilərinin sayı 100 minə çatıb VİDEO
Bakı, 15 avqust, Elvin Camalov, AZƏRTAC
Avqustun 15-dək Bakı Metropolitenində 7 minə yaxın “Metrokart” istifadəçisi stansiyaların xəzinələrindən kartın girov dəyərini alıb. Hazırda Bakı metrosunda “BakıKart” (plastik) istifadəçilərinin sayı isə 100 minə çatıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, “Metrokart” istifadəçilərinin əksəriyyəti kartın girov dəyərini “Metrokart”ın balansına yükləyərək istifadə edirlər. Mövcud “Metrokart”ların geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı avqustun 15-i gecə saat 24-dən etibarən dayandırılacaq. Avqustun 31-nə kimi isə “Metrokart”ların girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı balansının artırılması əməliyyatları davam edəcək.