Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı metrosunda korroziyaya qarşı mübarizədə yeni üsul və vasitələr tətbiq olunur

Bakı, 6 mart, Elvin Camalov, AZƏRTAC

Bakı metrosunda korroziyaya qarşı mübarizədə yeni üsul və vasitələr tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirilib ki, Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, hətta ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ümumiyyətlə, Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir.

N.Paşayevin sözlərinə görə, “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra bu istiqamətdə tətbiq edilən yeniliklər sayəsində yerinə yetirilən işlərin səmərəsi xeyli artıb. İlk növbədə, korroziya ilə mübarizə sahələrinin sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb, orada çalışanların sosial qayğılarına diqqət artırılıb, iş yerlərində maksimum rahatlıq yaradılıb. Korroziya ilə mübarizə briqadaları 2014-cü ildə 21842,3 kvadratmetr sahəni təmizləmişdilərsə, 2015-ci ildə bu rəqəm 85311,45 kvadratmetr olub. 2016-cı ildə tunel geyiminin korroziyadan təmizlənməsi 100 minlik həddi keçərək, 122502,167 kvadratmetrə çatıb.

N.Paşayev qeyd edib ki, tunellərdə korroziya ilə mübarizədə ən effektli vasitələr korroziya əleyhinə boyalardır. Son üç ildə tunellərdə tətbiqi mümkün olan boyaların axtarışı, sınağı ilə bağlı əsaslı yeniliklər edilməklə, dünyanın aparıcı şirkətləri ilə əlaqələr yaradılıb, təcrübə mübadiləsi genişləndirilib. Bu müddət ərzində 11 şirkətin təklifi əsasında 13 müxtəlif boya və digər məhsullar sınaqdan çıxarılaraq Bakı metropoliteni şəraitində istismara yararlığı qiymətləndirilib.

2014-cü ilin aprelində metropolitenin müvafiq laboratoriyasının nəzarəti ilə ABŞ istehsalı olan polimer əsaslı birkomponentli “Rust Grip” boyası tuneldə sınaqdan keçirilıb. Sınaq müddətində təzyiqli su şırnağı ilə yuma və rəngin çəkildiyi səthə göstərilən mexaniki təsirlər qopma, əzilmə, dağılma yaratmayıb. Rəngin açıq tonlarda olması tunelin estetik görkəmini büsbütün dəyişərək, onun erqonomik rahatlığını təmin edib. 2014-cü ildən bu günədək 110297,54 kvadratmetr tunel geyimi “Rust Grip” boyası ilə rənglənib. 2015-ci ildə “Moist Metal Grip”, daha sonra ikikomponentli eboksid tərkibli “Carbomastic-615” boya sınaqdan uğurla çıxıb, istifadəyə yararlı sayılıb. 2016-cı ildə sınanan “Noxyde” markalı boyanın keyfiyyət göstəriciləri yüksək olduğundan, korroziyanın daha kəskin uğramış sahələrdə istifadə olunur. Bu boya ilə 3161,79 kvadratmetr sahə rənglənib.

Görülən işlərin səmərəsini artırılması məqsədindən danışan N.Paşayev, 2014-cü ildən işlərin həcminin hesablanmasında yeni standartın tətbiq edildiyini söyləyib. Tübinq səthlərinin hesablanmasının vahid standartı mütəxəssislərin rəyi əsasında qəbul olunub. Hazırda tunel və şaxtalarda korroziyadan təmizlənməyə və rənglənməyə ehtiyacı olan tübinqlər bu hesab nəticəsində müəyyən olunur və təsnifatı hazırlanır.

“Korroziya ilə mübarizənin səmərəsini artıran əsas qərar müvafiq material-texniki bazanın yaradılması oldu. Diaqnostika və metroloji təminat mərkəzinin yaradılması ilə korroziya laboratoriyası onun tərkibində xüsusi sahəyə çevrilib. Nəticədə, boyaq maddələrin sınaq işlərinin, korroziyanın miqyasının və səbəblərinin araşdırılması üçün primitiv, kustar üsul və alətlərdən istifadə olunurdusa, indi daha yüksək texnoloji məhsullar, alət və avadanlıqlar tətbiq edilir.

Korroziyanın illik sürətini, qurğuların aşılanma dərəcəsini, korroziya əleyhinə boyanın keyfiyyətini təyin etməyin əhəmiyyəti böyükdür. Bu parametrlərin təyin edilməsi üçün son 3 ildə 10 fərqli istiqamətdə ölçmələrə imkan verən 5 tipdə və 13 adda 40 cihaz, alət və avadanlıq alınıb. Yeni cihazlarla metalın səthində korroziyaya uğramış məhsulun təmizlənmiş və təmizlənməyən hissəsinin qalınlığı, havanın, metal səthinin və şeh nöqtəsinin hərarəti və nisbi rütubəti müxtəlif üsullarla öyrənilir. Həmçinin metal, ağac və beton məhsulların səthinə çəkilən yaş və tam qurumuş boyanın qalınlığı ölçülür, onun yapışma möhkəmliyi fərqli üsullarla təyin edilir, aqressiv mühitin təsirlərinin tunel geyiminə nüfuz dərəcəsi müəyyənləşdirilir. Yeni boyaq maddələrinin tətbiqi məqsədilə 4 ədəd yeni boyavurma aqreqatı da alınaraq istifadəyə verilib”, - deyə N.Paşayev vurğulayıb.

O bildirib ki, bu tədbirlər sayəsində metropolitendə korroziya ilə mübarizə sürətlənib, onun səmərə və faydası artıb, məhsuldarlıq və işlərin miqyası effektiv sərhədlərə çatıb. Artıq qeyd olunan işlərə müəssisədən kənar sifariş əsasında sərf olunan vəsaitə də qənaət olunur.

N.Paşayevin sözlərinə görə, indi sahənin elmi-praktik bazasının yaradılması üçün də münbit şərait var. Ən əsası, araşdırmaların və yoxlama-sınaq tədbirlərinin genişləndirilməsi korroziyanın səbəblərinin əsaslı öyrənilməsinə, yeni mübarizə vasitələrinin tətbiqinə şərait yaradıb. Bütün bunlar metropoliten tunellərinin təhlükəsiz istismar müddətini uzatmaqla, nümunəvi xidməti yüksək hədlərə çatdırmağa kömək edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib