İQTİSADİYYAT


Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb

Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb

Bakı, 27 fevral, AZƏRTAC

Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, vaqon parkının yenilənməsinə 2015-ci ildən başlanılıb. Bu işin davamı olaraq 2019-cu ilin oktyabrında "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb. Vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı Metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.