İQTİSADİYYAT
Bakı metrosunun dörd stansiyasında bayram konserti olub
Bakı, 19 mart, AZƏRTAC
Bakı metropolitenində Novruz bayramı şənliklərinə “İçərişəhər”, “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında təşkil edilmiş bayram proqramı ilə start verilib.
AZƏRTAC xəbər verir ki, sərnişinlərə iki fərqli konsert proqramı təqdim edilib. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim olunub. Konsert proqramı simli kvartetin ifası ilə saat 10:30-da “İçərişəhər” stansiyasında başlayıb. Hər stansiyada konsert proqramı 1 saat 30 dəqiqə davam edib.
Musiqiçilər Azərbaycan və dünya musiqi sənətinin incilərini, folklor nümunələrini səsləndiriblər. Muğam üçlüyünün proqramının əsasını Novruz bayramı ilə bağlı parçalar təşkil edir.
Konsert proqramı mart ayının 20-də də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]