İQTİSADİYYAT


Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb

Bakı, 5 avqust, AZƏRTAC

Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 4 avqust tarixli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddətini avqustun 31-dək uzadıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə 2020-ci il iyul ayının 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarı ilə iyunun 19-da verdiyi Qərara dəyişiklik edərək, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətini 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırmışdı.

İyul ayının 17-də qurumun qəbul etdiyi “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, iyulun 3-də qəbul edilmiş Qərarda müvafiq dəyişiklik edilmiş və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 5-dək uzadılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.