MƏDƏNİYYƏT


“Bakı neftinin tarixi bədii ədəbiyyatda” adlı elektron sərgi hazırlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş elektron sərgi hazırlanıb.

Bakı nefti haqqında məlumatlar yalnız tarixi-siyasi sənədlərdə deyil, incəsənət əsərlərində və bədii ədəbiyyatda da öz əksini tapıb. Müxtəlif vaxtlarda müxtəlif sənətkarlar bu mövzuya müraciət edib, həyatın bu qara-qəhvəyi möcüzəni söz və fırçanın rənglər, obrazlar dünyasında işıqlandırıblar.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən hazırlanan “Bakı neftinin tarixi bədii ədəbiyyatda” adlı elektron sərgi də oxucular arasında maraqla oxunan, onları Bakı neftinin tarixi, onun uğrunda gedən mübarizələrlə səhifə-səhifə tanış edən bədii əsərlərdən söhbət açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.