İQTİSADİYYAT


Bakı payız səyahəti üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir

Bakı, 17 sentyabr, AZƏRTAC

“TurStat” analitik agentliyi rusiyalı turistlərin payız səyahəti üçün Müstəqil Dövlətlər Birliyində ən populyar şəhərlərin siyahısını açıqlayıb.

AZƏRTAC “TurStat”a istinadla xəbər verir ki, Bakı payız səyahəti üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir. Minsk, Astana, Bakı, Daşkənd, Almatı, Bişkek, Kişineu, Düşənbə və Aşqabad MDB-nin rusiyalı turistlər arasında populyar olan şəhərlərinin ilk onluğunda yer alıb.

“TurStat”ın məlumatına görə, Azərbaycanın paytaxtına turistlər orta hesabla 3,5 günlük gəlir və bir gün qalmağa 75 dollar xərcləyirlər.

Reytinq 2018-ci ilin payızında turist səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.