CƏMİYYƏT


Bakı polisi: Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir

Bakı, 8 avqust, AZƏRTAC 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi qaydalarına nəzarət həyata keçirilir.

DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü̈ ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.