CƏMİYYƏT


Bakı polisi: Paytaxtda soyğunçuluq və quldurluq cinayəti törətmiş 33 qrup aşkarlanıb

Bakı, 17 yanvar, AZƏRTAC 

Ötən il paytaxtda 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrup aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

M.Seyidov bildirilib ki, bundan başqa, 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrup ifşa olunub.

İdarə rəisi nаrkоtiklərlə bağlı aşkarlanan 1244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.