Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı polisi təhlükəsizliyin və qanunçuluğun keşiyindədir

Bakı polisi təhlükəsizliyin və qanunçuluğun keşiyindədir

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, ölkəmizdə əldə edilən uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təmini sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Müşavirə iştirakçılarına 2017-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib.

Məruzədə qeyd olunub ki, bu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9148 cinayət qeydə alınıb ki, onların da 83,2 faizi (7608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə (1540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7 faiz, o cümlədən qəsdən adamöldürmə cinayətləri 14,6 faiz azalıb. Cinayətlərin 79,1 faizinin (78,5 faiz), ağır növlərinin 79,1 faizinin (78,1 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 69,4 faizinin (67,8 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1316 cinayətdən 94,5 faizi (95,7 faiz), o cümlədən qəsdən adamöldürmələrin 95,5 faizi (98 faiz), adamöldürməyə cəhdlərin 100 faizi (100 faiz), adam oğurluqlarının 100 faizi (50 faiz) və zorlamaların 100 faizi (100 faiz) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,6 faiz, ağır və xüsusilə ağır cinayətlərin açılması 1 faiz, adam oğurluğu cinayəti 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,3 faiz, hədə-qorxu ilə tələb etmələr 3,8 faiz, insan alveri ilə bağlı cəmi cinayətlər 2 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 2,7 faiz, o cümlədən xüsusi əmlak oğurluqları 4,3 faiz, mənzillərdən edilən oğurluqlar 1,3 faiz, mal-qara oğurluğu 0,8 faiz, avtonəqliyyat oğurluğu 31,3 faiz, soyğunçuluqlar 12,9 faiz, quldurluqlar isə 5,9 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş idarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3944 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 223 bağlı cinayət açılıb. Təqsirləndirilən şəxs qismində axtarışda olan 1566 nəfərdən 66,5 faizi (-2,5 faiz, 1042-si), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 600 nəfərdən isə 48,2 faizi (-4,8 faiz, 289-u) tutulub. Bununla yanaşı, 60 soyğunçuluq və quldurluq cinayəti törətmiş 107 nəfərdən ibarət 50 qrup, eləcə də 101 mənzil oğurluğu törətmiş 121 nəfərdən ibarət 49 cinayətkar qrup ifşa olunub.

Hesabat dövründə narkotiklərlə bağlı aşkar edilmiş 628 (973) fakt üzrə qanunsuz dövriyyədən 267 kiloqramdan çox (+31 kq 230 qr) narkotik vasitə çıxarılıb. 107 odlu silah, 33 qumbara, 2360 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 54 odlu silah əməliyyat yolu ilə götürülüb.

Bu ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2 faiz azalaraq 10 min 858 (-218) iş olub. İstintaqı tamamlanmış 3422 (-177) cinayət işindən 74,6 faizi (-81, 2.553-ü) baxılması üçün məhkəmələrə göndərilib, 25,4 faizinin (-96, 869) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82 faizi (+13,4 faiz) ödətdirilib.

Bu müddətdə təhqiqatçıların icraatında cinayət xarakterli 58 min 337 (+7.476, 50.861) ərizə və məlumat olub ki, bu da müqayisə edilən dövrlə nisbətdə 14,7 faiz çoxdur. Prosessual araşdırmaların nəticələri üzrə təhqiqatçılar tərəfindən 330 (-27, 357) cinayət işi başlanılıb, 775 (-46, 821) məhkəməyədək sadələşdirilmiş icraat açılıb.

Paytaxt ərazisində baş vermiş 450 (490) yol-nəqliyyat hadisəsində 139 (138) nəfər ölüb, 392 (515) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,2 faiz, xəsarət alanların sayı isə 23,9 faiz azalsa da, həlak olanların sayı 0,7 faiz artıb.

Yol hərəkətinə nəzarət prosesində 14,4 faiz çox və ya 648 min 897 (+81.911), o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 396 min 286 (-54.037, 450.323), ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 19 min 498 (+13.248, 6.250), nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 1986 (-1.295, 3.281) inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının aşkarlanması (0,6), həm də kobud qayda pozuntularının aşkarlanması (0,3) artıb, habelə 70 (49) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 48 min 795 (+1.072, 47.723) protokol tərtib olunub, əlaqələrində olan 966 inanılmış şəxsdən 6612 məlumat alınıb, 933 (+268, 665) münaqişəli ailə profilaktiki uçota götürülüb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 680 (882) müvafiq müraciətdən 495-nin (517) icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib, 13 min 926 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 5567 şəxs qeydiyyata alınıb. Qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 52 min 797 ərizə və müraciət daxil olub, 1447 vətəndaş qəbul edilib. Müraciətlərin 3971-i nazirliyin və baş idarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran baş idarənin rəisi Mirqafar Seyidov 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş idarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi