İQTİSADİYYAT


Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir

Moskva, 12 noyabr, AZƏRTAC

Bakı MDB-yə üzv ölkələrin şəhərləri arasında şopinq səyahətlərinin reytinqində liderlik edir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” Analitik Agentliyi rusiyalı turistlərin alış-verişi üçün MDB-yə üzv ölkələrin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib. Reytinq 2018-ci ildə şopinq-turların populyarlığının təhlili nəticələrinə görə təqdim olunub. Rusiyalı turistlərin alış-verişi üçün populyar olan MDB şəhərlərinin üçlüyünə Azərbaycanın, Qazaxıstanın və Belarusun paytaxtları daxil edilib.

“TurStat”ın məlumatına görə, turistlər MDB şəhərlərinə orta hesabla 2-3 günlük səfər edir və alış-verişə 1000 dollaradək pul xərcləyirlər. Agentlik, həmçinin qeyd edir ki, cari il may ayının 1-dən 31-dək keçirilən Bakı Şopinq Festivalı (Baku Shopping Festival) əcnəbi turistlərin böyük marağına səbəb olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.