CƏMİYYƏT


Bakı sakinindən yarım kiloqramdan çox heroin götürülüb

Bakı, 5 fevral, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirərək üzərində qanunsuz narkotik maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.