İDMAN


Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir

Qəbələ, 9 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 9-da Qəbələ şəhərində jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir: “Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də, iyunun 17-dən 19-dək “Formula-1” yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq. Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.