CƏMİYYƏT


Bakı şəhər sakinindən narkotik tərkibli vasitələr götürülüb

Bakı, 25 iyun, AZƏRTAC

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan kokain, metamfetamin, ekstazi həbləri və marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə metadon həbi və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.