CƏMİYYƏT
Bakı şəhər sakininin evindən 3 kiloqramdan çox heroin götürülüb
Bakı, 25 iyun, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 3 kiloqram 34 qram heroin götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]