İQTİSADİYYAT


Bakı şəhərətrafı dəmir yolu xəttinin elektrik təchizatı sistemi əsaslı təmir olunur

Bakı, 2 iyul, AZƏRTAC

Bakı şəhərətrafı dəmir yolu xəttinin elektrik təchizatı sistemi əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmirini həyata keçirir. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub. MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, 28 ədəd dəmir-beton dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmən dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 metr olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb.

Hazırda stansiyada işlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılmasına başlanılıb. Hazırda bir sıra istiqamətdə işlər aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.