İDMAN


Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin spartakiadasına yekun vurulub

Bakı, 12 aprel, AZƏRTAC

Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) xidmətində olan müəssisə və təşkilatlarda çalışan həmkarlar ittifaqlarının üzvləri arasında spartakiadaya yekun vurulub.

Komitədən AZƏRTAC-a bildiriblər ki, spartakiada şahmat, dama və nərd idman növləri üzrə keçirilib. Spartakiadanın səffaf və ədalətli keçirilməsinə MİHİ RK-nın üç nəfərdən ibarət münsiflər heyəti və həmin idman növləri üzrə təyin olunmuş hakimlər nəzarət edib.

Şahmat yarışında Kənan Heydərli (AHİTA), Ramiz Quliyev (AZƏRTAC) və Əli Mədətov (AHİK) müvafiq olaraq fəxri kürsünün ilk üç pilləsində qərarlaşıblar. Dama yarışında Elxan Quliyev (AzDram) birinci, Ruslan Bağırov (AHİK) ikinci, Abbasəli Yadigarov (AZƏRTAC) üçüncü olublar. Nərd yarışında isə Ülvi Məcidov (Mədəniyyət Baş İdarəsi), Zümrüd Əliyeva (37 saylı UMM) və Məhəmməd Vəliyev (24 saylı MM) mükafata layiq görülüblər.

Ənənəvi spartakiada 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunub.

Qaliblərin təntənəli mükafatlandırılması mərasimi MİHİ RK-da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.