Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ə.Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 11-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin