ELM VƏ TƏHSİL


Bakı şəhəri üzrə 3 minə yaxın şagird liseylərə qəbul üçün qeydiyyatdan keçib

Bakı, 16 iyun, AZƏRTAC

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin lisey siniflərinə elektron sistem vasitəsilə 2 min 986 müraciət daxil olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçmiş şagirdlər müsabiqədə iştirak edəcəklər. V, VI, VII və VIII siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri ilə yanaşı, qeyri-standart düşünmə bacarıqları da yoxlanılacaq. IX siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərə isə məntiqi təfəkkürün əvəzinə fizika və kimya fənləri üzrə suallar təqdim olunacaq.

Müsabiqə iyunun 16-sı (VI sinfə qəbul), 17-si (V sinfə qəbul), 18-i (VII sinfə qəbul) 21-də (VIII və IX siniflərə qəbul) təşkil olunacaq.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.