CƏMİYYƏT


Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

Bakı, 10 iyul, AZƏRTAC

İyul ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənilməsi nəzərdə tutulub.

İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.