MƏDƏNİYYƏT


Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri rəhbərləri ilə videokonfrans keçirilib

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, iclasda əsasən 2021/2022-ci tədris ili üzrə şagird qəbulu, musiqi.edu.az portalinda qeydiyyatın aparılması, distant və əyani dərslərin keçirilməsi, məktəblərdə ödənişli təhsil ilə əlaqədar mövcud vəziyyət və problemlər müzakirə edilib.

İclas zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri çıxış ediblər.

İclasın sonunda hazırki dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi karantin qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb, xüsusilə təhsil ocağı olan uşaq musiqi və incəsənət məktəblərində onların tətbiqinə daha ciddi nəzarət edilməsi bir daha tövsiyə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.