İQTİSADİYYAT
Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb
Bakı, 21 iyul, AZƏRTAC
Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 20-də saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı, 8-ci kilometr və Həzi Aslanov yüksəkgərginlikli elektrik verilişi xətlərində, eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.
Qurumdan, həmçinin bildirilib ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]