CƏMİYYƏT


Bakı sərnişin vağzalında hepatit virusunun ilkin müayinəsi aparılıb

Bakı, 28 iyul, AZƏRTAC

28 iyul – Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyilə Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında öz töhfəsini verməkdir.

Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul - Ümumdünya Hepatit Günü elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor Barunç Blumberqin anadan olduğu tarixlə bağlıdır.

Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.