MƏDƏNİYYƏT


Bakı teatrlarının həftəsonu afişası...

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir.

AZƏRTAC xəbər verir ki, sənət ocağı bu dəfə də maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın səhnəsində aprelin19-da “Qətibə inanc”, 20-də “Bir, iki bizimki” tamaşaları təqdim olunacaq. Bundan başqa, tamaşaçılar 21-də “Buratino” və ”Almaz” səhnə əsərlərinə baxa biləcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

Bu həftə sənət ocağının səhnəsində biri rus, üçü isə Azərbaycan dilində olmaqla dörd səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər aprelin 19-da “Qızıl cücə” və “Toya bir gün qalmış”, 20-də isə “Qırmızı papaq” və “Amerikalı kürəkən” tamaşalarına baxa biləcəklər. Aprelin 21-də isə “Qızıl cücə” tamaşası təkrar təqdim olunacaq.

A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək.

Sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar aprelin 19-da Rus xalq nağılı “Turp” və “Çipollino” (rus dilində), aprelin 20-də isə “Maşa və ayı”, “Durna balığı” tamaşalarını izləyəcəklər. Həmçinin, balacalar aprelin 21-də “Piter pen” və “Qoğal”a baxa biləcəklər.

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.

Aprelin 20-də “Adagio” tamaşası göstəriləcək. Bundan başqa, tamaşaçılar aprelin 21-də “Fəlakət və insan” və “Ağ bığlılar” tamaşasına baxa biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.