MƏDƏNİYYƏT


Bakı teatrlarının həftəsonu afişası

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində üç əsər nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 17-də “Silva” (rus dilində), 19-da isə “Qırmızı papaq” və “Talelər qovuşanda” tamaşalarına baxa biləcəklər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi maraqlı tamaşalarla balacaları sevindirəcək.

Sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, biri isə Azərbaycan dilində olmaqla üç səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 17- də “Pinokkionun sərgüzəştləri” (rus dilində), 19-da isə “Turp” və “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi bu həftə üç səhnə əsəri ilə çıxış edəcək.

Teatrda təqdim ediləcək tamaşalar çağdaş və klassik yazıçıların əsərləri əsasında hazırlanıb.

Teatrın səhnəsində mayın 17-də “Qətibə İnanc”, mayın 18-də isə “Bir, iki, bizimki” tamaşaları göstəriləcək.

Bundan başqa, tamaşaçılar mayın 19-da “Sinif yoldaşları” tamaşasına baxa biləcəklər.

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində də həftəsonu üç tamaşa nümayiş ediləcək. Belə ki, mayın 18-də “Ağ bığlılar” tamaşası göstəriləcək. Bundan başqa, balacalar üçün mayın 19-da maarifləndirici “Fəlakət və insan” tamaşası nümayiş olunacaq.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.