MƏDƏNİYYƏT


Bakı teatrlarının səhnəsində bu həftə də maraqlı tamaşalar izləniləcək

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu həftə maraqlı səhnə əsərləri ilə tamaşaçılarının görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, həftə ərzində təqdim olunacaq tamaşalar klassik və çağdaş əsərlər əsasında hazırlanıb.

Belə ki, tamaşaçılar fevralın 7-də sənət ocağının səhnəsində “Qəribə, çox qəribə əhvalat”, 8-də isə “Ölülər”ə baxa biləcək. Bundan başqa fevralın 9-da “Çippolino” və “Boy çiçəyi”, 10-da isə “Anamın kitabı” tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək.

Musiqili Teatrdan beş tamaşa...

Azərbaycan Dövlət Musiqili Teatrı həftə ərzində baxımlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək.

Bu həftə sənət ocağının yaradıcı kollektivi beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın səhnəsində fevralın 8-də “Qızıl toy”, 9-da isə “Dəcəl çəpişlər” və “Mən dəyərəm min cavana” tamaşaları nümayiş olunacaq.

Fevralın 10-da isə “Bir dayan, canavar!” (rus dilində) və “999-cu gecə” izləniləcək. Tamaşaçılar teatrın sevilən aktyorlarını bu səhnə əsərlərində görə biləcək.

Opera və Balet Teatrının həftə afişası zəngindir

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq. Quruluşçu baletmeysteri ukraynalı xoreqraf Georgi Kovtun olan səhnə əsərinin xronometrajı 35 dəqiqədir. Baletdə Romea obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq.

Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək. Bundan başqa, həmin gün “Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti nümayiş olunacaq.

Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcək. Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” ikipərdəli opera nümayiş olunacaq. Fevralın 10-da isə “Dahi hekayəçi” baleti təqdim olunacaq.

Kukla Teatrı balacaları sevindirəcək

A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək. Sənət ocağının səhnəsində fevralın 8-də “Oyaq gözəl” tamaşası gün ərzində üç seans olmaqla rusdilli tamaşaçılara təqdim olunacaq. Fevralın 9-da “Ağ babanın nağılı” və “Qoğal”, 10-da isə “Piter Pen”, “Qoçaq Əhməd” (rus dilində) tamaşaları göstəriləcək.

“Dəcəl keçi”, “Məhv olmuş gündəliklər” və “Qırmızı papaq”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi həftəsonu üç tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Fevralın 9-da “Dəcəl keçi” və “Məhv olmuş gündəliklər”, fevralın 10-da isə “Qırmızı papaq” nümayiş olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.