İQTİSADİYYAT


Bakı və Abşeronda səth-qrunt sularının yaratdığı problemlərin həlli üçün 21 ünvanda layihələr icra olunub

Bakı, 5 iyun, AZƏRTAC

Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda layihələr icra edilib.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu layihələr çərçivəsində 40 kilometrdən çox yağış-kanalizasiya kollektorları inşa olunub. Eyni zamanda, Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 250-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 21 min kilometrdən çox magistral və paylayıcı su, 4000 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və subartezian quyusu qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.