Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Ali həzrətləri, çox hörmətli cənab Prezident.

İcazə verin, Sizi işğal olunmuş torpaqların azad edilməsində Azərbaycan Ordusunun qazandığı zəfərlər və Qarabağın ürəyi qədim Şuşa şəhərinin işğaldan qurtarılması münasibətilə təbrik edim.

Burada yaşadığım uzun illər ərzində Azərbaycan mənim ikinci Vətənim olub. Mən həmişə öz qüvvəm və imkanlarım daxilində çalışmışam ki, dünya ictimaiyyəti Azərbaycanı əsas prioritetlərin qarşılıqlı anlaşma və qarşılıqlı hörmət olduğu, “multikulturalizmin Azərbaycan modeli”nin isə ölkənin daxili və xarici siyasətinin başlıca istiqamətlərindən biri səviyyəsinə qaldırıldığı dövlət kimi tanısın.

Məruz qaldığım çətin həyat sınağının öhdəsindən gəlməyimdə göstərdiyiniz qayğı və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Uca Tanrının öz lütfünü Sizin, yaxınlarınızın və bütün Azərbaycanın üzərindən əskik etməməsini diləyirəm.

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Aleksandr İşein

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

Azərbaycan Respublikası, Bakı şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin