CƏMİYYƏT
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı təqdim edilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” Nümayəndəliyinin rəhbəri Valentin Denisov paytaxtımızda fəaliyyət göstərən “Jen Mironosits” pravoslav kafedral kilsəsində Bakı və Azərbaycan arxiyepiskopu Aleksandra “Rossotrudniçestvo”nun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanını təqdim ediblər. Tədbirdə din xadimləri və kilsə nümayəndələri iştirak ediblər.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təltifolunma haqqında müvafiq əmri “Rossotrudniçestvo”nun rəhbəri Lyubov Qlebova imzalayıb.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr “Rossotrudniçestvo”nun ali mükafatına Rusiya-Azərbaycan çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində fəal işinə görə layiq görülüb.