ELM VƏ TƏHSİL


Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və İzmir Təhsil İdarəsinin rəhbərliyi arasında onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə ilə təhsil sahəsində əlaqələri genişləndirmək, Bakı və İzmir şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətlərin qurulmasından ibarət olduğunu söyləyib. M.Vəliyeva səmərəli təcrübə mübadiləsi çərçivəsində ümumi təhsilin inkişafına dair bu cür görüşlərin davamlı təşkilinin zəruriliyini qeyd edib. İdarə müdiri, həmçinin səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi BŞTİ ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıdığını deyib. Ö.Yahşi iki il öncə Bakıda olan görüşlərindən söz açıb, ümumi uğurlar üçün təhsilin inkişafına və dünyanın inkişaf çağırışlarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iki şəhərin təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri, ümumi təhsil sahəsindəki perspektiv əlaqələrə dair səmərəli fikir mübadiləsi aparılıb, atılacaq addımların müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.