CƏMİYYƏT


Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yaşayan jurnalistlər rayonlara gedə bilməzlər

Bakı, 2 aprel, AZƏRTAC

Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan maneəsiz keçə bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, həmin jurnalistlər rayonlara gedə bilməzlər: “Onların yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.