İDMAN
“Bakı yayı” şahmat festivalının qalibləri müəyyənləşib
Bakı, 10 iyul, AZƏRTAC
Bakıda qrossmeyster (GM) və beynəlxalq usta (IM) normalı turnirlər, eləcə də uşaqlar (U12) arasında yarışdan ibarət ənənəvi “Bakı yayı” beynəlxalq şahmat festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Şeveningen sistemi üzrə keçirilən qrossmeyster normalı turnirdə azərbaycanlı şahmatçılardan başqa Türkiyə, Gürcüstan, İran, Rusiya, İraq və Belarus təmsilçiləri də mübarizə aparıblar. Yarışda ən yüksək nəticəni 17 xalla “White Team” komandası göstərib. Beynəlxalq usta normalı turnirdə isə “Good Friends” komandası 16,5 xalla fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Hər iki turnirdə şahmatçılarımız İsmayıl Şahəliyev qrossmeyster, həmçinin Murad İbrahimli, Vüqar Manafov, Pərviz Qasımov beynəlxalq usta, Gövhər Beydullayeva isə qadınlar arasında beynəlxalq usta normalarını yerinə yetiriblər.
Uşaqlar arasında (U12) keçirilən turnirdə isə Polad İsmayılov, Orxan Bağırov, Yusif Mustafazadə 6 xalla ilk üç pillədə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]