İDMAN
Bakı yürüşü Monako və Montsa yürüşləri kimi uzunömürlü olacaq
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda birinci “Formula-1” yarışının müvəffəqiyyətindən ruhlanan “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimov “Kral avtoyürüşləri” ilə uzunmüddətli əməkdaşlığa ümid bəsləyir.
AZƏRTAC xəbər verir ki, yarışlardan söhbət açan icraçı direktor deyib: “Bu müvəffəqiyyətdir. Hamıdan - pilotlardan, “Formula One Management Limited” şirkətinin komandalarından tərif eşitmək çox xoşdur. Hamı çox xoşbəxtdir. Komandamızın hər bir üzvü bununla qürur duyur. Biz bunu bacardıq. Biz göstərdik ki, Bakı kimi şəhərlərdə mükəmməl yürüşlər təşkil etmək mümkündür. Builki müvəffəqiyyətimizi təkrar edə bilsək, əminəm ki, bu yürüş təqvimdəki Monako və Montsa yürüşləri kimi uzunömürlü olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]