İQTİSADİYYAT


Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti,Nizami küçəsi) küçələrlə təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.