Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir VİDEO

Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitinin işində bir çox ölkələrdən müxtəlif təşkilatların rəhbərləri, sərmayədarlar, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Sammiti açan “The Economist” jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışmışdır. O, qeyd etmişdir ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Neft gəlirlərindən səmərəli istifadə edən Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.

Sonra sammit işini Saymon Raytın moderatorluğu ilə panel iclaslarında davam etdirmişdir.

İlk panel iclasında Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin uğurlu inkişafından danışan Transformasiya, İnteqrasiya və Qloballaşma üzrə İqtisadi Araşdırmalar Mərkəzinin (TİGER) təsisçisi və direktoru, iqtisadiyyat professoru, Polşanın keçmiş maliyyə naziri Qjeqoy Kolodko bildirmişdir ki, bu nailiyyət şaxələndirmə siyasətinin uğurla reallaşdırılması ilə əlaqədardır. Azərbaycanın iqtisadiyyatı digər ölkələrlə müqayisədə 2 dəfə sürətlə inkişaf etməkdədir.

Beynəlxalq təcrübədən bəhs edən iqtisadçı onu da əlavə etmişdir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əsasən orta biznesin, kiçik sahibkarlığın inkişafına üstünlük verilməlidir.

Yenidən müstəqilliyini bərpa edən Azərbaycanın ötən illərdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TANAP, TAP kimi beynəlxalq layihələrdən bəhs edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Asiya ilə Avropanın qovuşuğunda yerləşən ölkəmizin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmindən də danışmışdır.

Qeyd olunmuşdur ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı son illər yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin makroiqtisadi vəziyyəti yaxşılaşmışdır. Azərbaycanın bu uğurunu beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd edirlər. Azərbaycan sabit iqtisadiyyata malik 10 ölkədən biridir.

R.Məmmədov Azərbaycanın kredit və investisiya reytinqinin artmasından da danışaraq respublikamızın dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurduğunu demiş, nəqliyyat infrastrukturunun, logistikanın yaradılmasının burada önəmli rol oynadığını diqqətə çatdırmışdır.

AZPROMO-nun rəhbəri qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri də onun iqtisadiyyatının proqnozlaşdırıla bilməsidir. Bu, ölkə iqtisadiyyatında sabit inkişafın təmin olunmasında önəmli amildir.

R.Məmmədov qəbul edilən dövlət proqramlarının uğurla reallaşdırılmasından, sənayenin, kənd təsərrüfatının inkişafı üzrə həyata keçirilən tədbirlərdən, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən də bəhs etmişdir.

İkinci panel iclasında sualları cavablandıran Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, Azərbaycan son 10 ildə digər ölkələrin etdiyi səhvlərdən, o cümlədən “Holland sindromu”ndan yan keçməyə müvəffəq olmuşdur. O, qeyd etmişdir ki, bu dövrdə “Holland sindromu”nun əlamətlərindən olan valyutanın dəyərinin sürətlə artması, ixracatın azalması kimi amillərdən yan keçə bildik. Dövlət Neft Fondu yığılan vəsaitlərlə ölkənin iqtisadi inkişafına və rəqabətliliyinə kömək edir. Ölkə iqtisadiyyatı şaxələnir. Neft sənayesi əvvəllər ümumi daxili məhsulun 60 faizini təşkil edirdisə, indi bu rəqəm 40 faizdir. Yol şəbəkəsinin artıq 80 faizi yenidən qurulmuşdur. Mühüm layihələr həyata keçirilir, yeni iş yerləri açılır. Bu da şaxələndirmənin daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir.

Azərbaycanda əlverişli biznes mühitinin olduğunu vurğulayan Ş.Mövsümov diqqətə çatdırmışdır ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi məqsədilə mühüm islahatlar aparılır. Azərbaycanda daxili bazar kifayət qədər inkişaf etməkdədir. Lakin problemlər də vardır. Biz onların həlli üçün addımlar atırıq. Artıq Azərbaycan enerji ixrac edən ölkədir.

PAŞA BANK-ın idarə heyətinin sədri Fərid Axundov özəl sektorun Azərbaycan iqtisadiyyatındakı rolundan bəhs etmişdir. Bildirilmişdir ki, iqtisadiyyatımız son illər çox dinamik inkişaf edir. Azərbaycan şirkətləri bazara daha fəal şəkildə daxil olur. Bu, özəl sektor üçün çox vacibdir. Bununla özəl şirkətlərin bazarda reytinqi müəyyənləşir. Deyə bilərəm ki, özəl sektor artıq Azərbaycanda formalaşmışdır. Düşünürəm ki, burada bir neçə amil mövcuddur. Özəl sektorun ölkəmizin iqtisadiyyatında artıq mühüm rolu vardır. Bu da bizi sovet dönəmindən fərqləndirir.

“AmCham Azerbaijan”ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu isə ölkə iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun əhəmiyyətini vurğulamışdır.

Təhsil naziri Mikayıl Cabbarov üçüncü panel iclasında müasir dünyada təhsilin yeni tələblərindən danışmışdır. Vurğulanmışdır ki, uzun müddət Sovet İttifaqının tərkibində olan Azərbaycanda həmin dövrə uyğun təhsil sistemi və strukturu yaradılmışdır. Artıq müasir dövrdə təhsilə yanaşmalar və tələblər dəyişmişdir. Yeni kadr ehtiyatının yaradılması, təhsil infrastrukturunun qurulması bu baxımdan xüsusi diqqət tələb edir. Böyük tələbatın olduğu peşə təhsilinin inkişafı da Azərbaycan üçün prioritetlərdən biridir. Ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılır. Azərbaycan öz gələcəyini elmin, texnologiyanın inkişafında gördüyü üçün bu sahəyə, xüsusən də təhsilə böyük diqqət və qayğı ilə yanaşır.

“Məktəblərin maliyyələşdirilməsi sisteminin dəyişdirilməsinə ehtiyac vardır”, - deyən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd etmişdir ki, bu istiqamətdə mexanizmlər yaradılmalıdır. Əgər belə olarsa, bu amildən universitetlər də yararlanacaqdır. Biz öz universitetimizdə bundan faydalanırıq. Düşünürük ki, bu mexanizmi digər ali təhsil məktəblərində də tətbiq etməliyik.

Təhsil sistemini modernləşdirməyin əhəmiyyətindən danışan H.Paşayev vurğulamışdır ki, ADA-da dünyanın ən qabaqcıl təcrübəsindən istifadə olunur. Bu da öz bəhrəsini verməkdədir. Bundan əlavə, biz çalışırıq ki, 15-20 il bundan əvvəl xarici ölkələrə işləmək üçün gedən istedadlı kadrları universitetimizə cəlb edək. Artıq bu istiqamətdə də müvafiq addımlar atılır.

“JTİ Caucasus” təşkilatının baş meneceri Pol Hollouey isə yeni məzunların işə götürülməsində qazandıqları təcrübədən, “Ernst and Young”un Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev isə ölkə iqtisadiyyatının uğurlu inkişafında təcrübəli, istedadlı kadrların əhəmiyyətindən danışmışlar.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məruzə ilə çıxış etmişdir. Nazir məruzəsində Azərbaycanın yerləşdiyi coğrafi məkan barədə məlumat verərək, ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq turizm sektorunun da özünün yeni dövrünü yaşadığını bildirmiş, bu istiqamətdə qazanılan uğurlardan danışmışdır.

Vurğulanmışdır ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov dördüncü panel iclasında ölkədə ümumi daxili məhsulun 40 faizinin neft sektorunun payına düşdüyünü vurğulayaraq demişdir ki, halbuki əvvəllər bu rəqəm 66 faiz olmuşdur.

Ölkədə neft-qaz sahəsində yeni quyuların qazılacağını, köhnələrinin isə təmir olunacağını deyən V.Bəylərbəyov bildirmişdir ki, “Abşeron” yatağında intensiv işlər aparılır. Bu yataq çox perspektivlidir və ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcəkdir. Ümumiyyətlə, kəşf olunan yeni ehtiyatlar ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcəkdir.

“bp-Azerbaijan” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov isə bildirmişdir ki, bp bundan sonra 25 il də Azərbaycanda fəaliyyət göstərəcəkdir. Buraya “Şahdəniz” yatağının işlənilməsi də aiddir. Vurğulanmışdır ki, “Cənub” qaz dəhlizi layihəsi 150 min yeni iş yerinin açılmasına imkan verəcəkdir. Bu layihə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr cəlb edəcəkdir.

H.Məmmədov demişdir ki, Azərbaycan İraq qazının da öz infrastrukturu ilə nəqlinə hazırdır. Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini də artırmaq niyyətindəyik.

Sonra Azərbaycan İnvestisiya Sammiti digər panel iclasları ilə işini davam etdirmişdir.

Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir