Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə əlaqədar hər il burada hazırlıq işləri aparılır. Bu il də istisna olmayıb. Ərazidə müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunub. Hazırlıq işləri artıq başa çatıb.
BŞİH-in qurumlarının əməkdaşları yanvarın 20-də xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımi tədbirlər həyata keçirəcəklər. Eyni zamanda, kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

Xəbərin mətnində orfoqrafik səhv var