CƏMİYYƏT


Bakıda 20 saylı vəkil bürosunun açılışı olub

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bakı şəhəri 20 saylı vəkil bürosunun açılışı olub.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, kollegiyanın sədri Anar Bağırov tədbirdə çıxış edərək vətəndaşların yüksək keyfiyyətli hüquqi xidmətlərlə təmin olunması üçün büronun zəruri avadanlıqla təmin edildiyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ötən il fevralın 22-də imzaladığı Sərəncama uyğun olaraq bütün vətəndaşlar, habelə təşkilati və hüquqi formasından asılı olmayaraq bölgələrdə fəaliyyət göstərən idarə və qurumlar Bakı şəhəri 20 saylı vəkil bürosunun hüquqi yardım xidmətlərindən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.