CƏMİYYƏT


Bakıda 2-ci Nüvə Təbabəti Simpoziumu keçirilir

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakıda 2-ci Azərbaycan Nüvə Təbabəti Simpoziumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən tibb institutlarının mütəxəssisləri iştirak edirlər.

Simpoziumu giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev tədbirin əhəmiyyətindən danışıb.

Sonra Milli Nüvə Mərkəzi barədə videofilm nümayiş olunub.

Simpoziumun birinci sessiyasında ayrı-ayrı mövzularda məruzələr dinlənilib.

Professor Əziz Əliyev “Baş boyun şişlərinə müasir yanaşma”, Avropa Nüvə Təbabəti Cəmiyyətinin elmi katibi, professor Jan Pruim “Nüvə təbabətinin gələcəyi: teranistika” və ölkəmizdəki Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov “Azərbaycanda nüvə təbabəti və molekulyar görüntüləmə” mövzularında məruzə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.