CƏMİYYƏT


Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 11 avqust, AZƏRTAC

Paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, polis idarəsində verdiyi ifadədə paytaxtda 30-a yaxın mənzildən oğurluq etdiyini deyib.

Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərində quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Saxlanılan şəxsin oğurluq zamanı əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər-dəyməzinə satdığı müəyyənləşdirilib.

Faktlarla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Bakı Şəhər Baş Polis İdarəsinin və ya Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.