CƏMİYYƏT


Bakıda 46 saylı sərnişin avtobusunda cibgirlik edən şəxs saxlanılıb VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat vasitələrində insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bildirilib ki, E.Hüseynov Bakı metrosunda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-nin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.