İQTİSADİYYAT


Bakıda 722,3 milyon manatlıq qida, içki və tütün məmulatları istehsal edilib

Bakı, 5 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 722,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 13,3 faiz, içki istehsalında 21,9 faiz, tütün məmulatlarının istehsalında isə 2,3 dəfə artım müşahidə olunub.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 13 faiz, pendir və kəsmik istehsalı 41,9 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı 1,7 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.