İQTİSADİYYAT


Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Bakı, 15 avqust, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") oktyabrın 9-da Bakıda "Azərbaycanda enerji və İKT" mövzusuna həsr olunan Almaniya-Azərbaycan biznes forumunu təşkil edəcək.

"AHK Azərbaycan"dan AZƏRTAC-a bildiriblər ki, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçiriləcək tədbirin əsas məqsədi alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, eləcə də işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir.

Forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.