İQTİSADİYYAT


Bakıda Aqrar-Turizm İnvestisiya Forumu keçiriləcək

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 27-də Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “AgriVision” layihəsi çərçivəsində Aqrar-turizm İnvestisiya Forumu keçiriləcək.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, forumun əsas məqsədi Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçıları üçün turizm istiqamətlərinin inkişaf strategiyalarını, biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynamaqdır.

Qeyd olunub ki, investorlar arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumlarının, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı və turizm sahələrində çalışan beynəlxalq donor təşkilatlarının (UNDP, FAO və USAID) nümayəndələri forumda iştirak edəcəklər. Eyni zamanda, kiçik və orta fermer təsərrüfatlarının, müəssisələrlə işləyən maliyyə institutlarının, həmçinin kənd turizm imkanlarını maliyyələşdirməkdə maraqlı olan dövlət və özəl şirkətlərin, fərdi sahibkarların tədbirdə iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.